Hümeyir Hüseyn oğlu Əhmədov
pedaqogika üzrə elmlər doktoru,
Rusiya DövlətTəhsil akademiyasının akademiki
Əhmədov Hümeyir Hüseyn oğlu 1958-ci il 14 acqust tarixində Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1965-1975-ci illərdə Bakı şəhəri Binəqədi rayonu M.Ə. Rəsulzadə (hazırda) qəsəbəsində 30 №-li orta ümüumtəhsil məktəbində 1-ci sinfinə qəbul olunmuş, 1975-ci ildə 6-cı m/r 246 №-li ümumtəhsil orta məktəbini əla qiymətlərlə bitirmişdir.
O, 1975-1979-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda ADPU) riyaziyyat fakultəsinində təhsil almışdır. Ali məktəbi fərqlənmə diplomu ilə bitirmiş, təyinatla 1979-1983-cü illərdə Azərbaycan SSR-nin Dəmir yolu orta məktəblərində riyaziyyat, fizika və əmək müəllimi işləmişdir. 1983-cü ildə C.Naxçıvanski adına hərbi təmaüllü orta məktəbdə tərbiyəçi-müəllim kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-cü ildə A.S.Makarenko adına 12 nömrəli rus dili təmaüllü internat məktəbində riyaziyyat müəllimi kimi əmək fəaliyyətini davam etdirmişdir. 1984-1987-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun (Təhsil Problemləri İnstitutu) əyani aspirantı olmuş, 1988-ci ildə 13.00.01 pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək, kiçik elmi işçidən baş elmi işçi vəzifəsinədək yüksəlmiş, 1992-ci ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən böyük elmi işçi dərəcəsi verilmişdir. 2000-ci ildən hal-hazıra kimi Azərbaycan Respublikasının Təhsil Institutunda elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri vəzifəsində işləyir.
Azərbaycan Respublikasının Təhsil İnstitutun elmi-pedaqoji kadr hazırlığı şöbəsinin müdiri, pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Təhsilin İnformatlaşdırılması Akademiyasının həqiqi üzvü, Rusiya Təbiətşünaslıq Akademiyasının akademiki Hümeyir Hüseyn oğlu Əhmədov milli təhsil sisteminin inkişafı, təkmilləşdirilməsi, idarə edilməsi sahəsindəki problemlərini həm nəzəri-konseptual, həm də praktiki baxımdan ilk dəfə araşdırmış, prosesin dinamikasını izləmişdir. Ali təhsilin keyfiyyətinin yüksəldilməsinin əsas komponentlərini müəyyənləşdirmiş, elmi dövriyyəyə yeni təhsilşünaslıq anlayışı daxil etmişdir. Təhsilin inkişafının qanunvericilik və normativ-hüquqi təminatını, təhsilin idarə olunmasının dövlət-ictimai əsaslarının formalaşdırılması, tədris müəssisələrinin nəzəri və praktiki cəhətdən müstəqilliyinin genişləndirilməsi sahəsində müxtəlif mexanizmləri təcrübədən keçirmiş, təhsilin məzmun və strukturunun yeniləşdirilməsi üzrə araşdırmalar aparmış, onların effektivliyi, tədris müəssisələrinin maddi-texniki bazasının təmin olunması yolları və s. kimi məsələləri qarşılıqlı əlaqədə və reallıqdan çıxış edərək müasir standartlara əsasən qiymətləndirmişdir.
Tədqiqatlarında təhsil sistemində həyata keçirilən islahatların başlanmasından keçən müddət ərzində baş vermiş prosesləri müasirlik mövqeyindən ilk dəfə qiymətləndirmişdir. Bu müddət ərzində dövlət inhisarı ilə, mərkəzi idarəçiliklə, ideoloji tabeçiliklə xarakterizə olunan sovet təhsil sistemindən Avropa ali təhsil məkanına inteqrasiya edən ali təhsil sisteminə keçid proseslərini pedaqoji-psixoloji və aksioloji cəhətdən dəyərləndirmişdir. Təhsilin hüquqi nizamlanmasının elmi əsaslarını tədqiq etmiş, ölkədə ilk dəfə olaraq ali məktəblər üçün “Təhsil hüququ” fənninin proqramını və dərsliyini hazırlamışdır. Bundan başqa ali məktəblər üçün iki dərs vəsaitinin həmmüəllifi, kolleclər üçün ilk dəfə azərbaycan dilində “Pedaqogika” proqramı, dərs vəsaiti və dərsliyini hazırlamış, orta məktəblərin V-VIII sinifləri üçün hazırlanan “Əmək təlimi” və II-IX sinifl şagirdləri üçün “Texnologiya” dərslikləri, dərs vəsaitləri, müəllim üçün metodik vəsaitlərin həmçinin iş dəftərlərinin həmmüəllifidir. 10 monoqrafiyası azərbaycan, rus və ingilis dillərində müxtəlif ölkələrdə nəşr olunmuşdur. Ümumilikdə ümumtəhsil məktəblər üçün iki adda, kolleclər ünün bir adda, ali təhsil müəssisələri üçü dörd adda dərslik və dərsvəsaitlərinin müəllifi və həmmüəlifidir. Müxtəlif illərdə bir sıra ali və orta ixtisas məktəblərində əvəzçiliklə dərs demişdir.
Onun azərbaycan və ingilis dillərində çap olunmuş “Azərbaycan Təhsilinin İnkişaf Strategiyası” adlı iri həcimli monoqrafiyasında ölkəmizdə təhsil siyasətinin istiqamətlərinin və təhsil sisteminin əsaslı surətdə yenidən qurulması prosesində baş vermiş sosial-pedaqoji hadisələrin mürəkkəbliyi, onun dərin ziddiyyətlərini ətraflı təhlil etmiş, islahatların qaçılmazlığı və labüdlüyünü əsaslandırmışdır.
1985-ci ildən SSRİ PEA-nın “Məktəb və pedaqogika tarixi” üzrə problem şurasının üzvü, 2003-cü ildən ABŞ-ın Minnesota Universitetinin “Təhsilin strateji planlaşdırılması üzrə Koordinasiya Şurasının” üzvü və fəxri professorudur. O, 2006-cı ildə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunmuşdur. 2008-ci ildə ona “YUNESKO müəllimi” fəxri adı olan sertifikat verilmişdir (Kazan şəhəri). 2008-ci ilin sentyabr ayında Rusiya Federasiyasının üçüncü dərəcəli “Долг и честь” ordeni ilə təltif edilmişdir. 2009-cu ildə Rusiya Federasiyası Elm və Təhsil nazirliyinin pedaqoji elmlərin inkişafında xidmətinə görə “K.D. Uşinski” adına medalla təltif olunmuşdur. 2017-ci ildə RTA-nın “Əməkdar elm və təhsil xadimi” fəxri adın layiq görülüb. ATİAHİ RK-nin100 illiyi medalı – 2021 (№2643), Azərbaycan Respublikası Prezidentinin 05.10.2021-ci il tarixli 2942 nömrəli Sərəncamı ilə “Tərəqqi” medalı (I-6259) ilə təltif olunub.
2003-2005-ci illərdə ARTPİ-nun doktorantı olmuş, 2011-ci idə “Qloballaşma şəraitində Azərbaycan Respublikasında ali təhsilin modernləşdirilməsi” mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə etmisdir. Azərbaycan Respublikasının Prezidenti yanında AAK-nın müvafiq qərarı ilə ona pedaqogika üzrə elmlər doktoru elmi dərəcəsi, 2017-ci ildə isə professor elmi adı verilmişdir.
2004-cü ildən “Pedaqoqlar sülh və qarşılıqlı anlaşma uğrunda” Beynəlxalq hərəkatının Azərbaycan təşkilatının üzvü, 2005-ci ilin yanvar ayında Moskva şəhərində Pedaqoji və Sosial Elmlər Akademiyasının müxbir üzvü, 2007-ci ilin aprel ayında isə həqiqi üzvü, 2006-cı ilin aprel ayında Rusiya Dövlət Təhsil Akademiyasının xarici üzvü, 2007-ci ilin noyabrında Pedaqoji Təhsilin Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 2008-ci ilin fevralında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvü seçilib. “Qızıl Qələm” media mükafatı laureatıdır. 2008-ci ilin dekabrında Rusiya Hüquq Elmləri Akademiyasının, 2012-ci ilin iyununda isə Rusiya Federasiyasının Təhsilin informatlaşdırılması akademiyasının həqiqi üzvü (akademiki) seçilmişdir. 2017-ci ildə Rusiya Təbiətşünaslıq Akademiyasının müxbir üzvü, 2020-ci ildə isə həqiqi üzvü (akademiki) seçilib. (https://www.famous-scientists.ru/16230/)
Əhmədov Hümeyir Hüseyn oğlu Azərbaycan Respublikası Prezidenti yanında AAK-ın Təhsil Problemləri İnstitutunda təşkil olunan (N 02.191 və B/D 02.191), ADPU-nun nəzdində fəaliyyət göstərən (FD 02.061; FD 2.15 və B/D 02.061) dissertasiya şurasının üzvü olmuşdur. AR Tİ-nin “Elmi əsərlər”, TN-nin “Azərbaycan məktəbi”, “Kurikulum”, “Pedaqogika”, Bakı Qızlar Universitetinin “Elmi əsərlər” jurnallarının, həmçinin Moskvada nəşr olunan “Право и жизнь”, RF AAK-nın tövsiyyə etdiyi siyahıya daxil olan “Муниципальное образование: инновации и эксперимент”, “Инновационные проекты и программы в образовании” və “Образование. Наука. Научные кадры”, həmçinin Çex respublikasında nəşr olunan “VEDA PERSPEKTIVV” elmi dərgisinin, İndeksli “Revista Genero e İnterdisciplinaridade” jurnallarının redaksiya heyətinin üzvüdür. Apardığı tədqiqatların nəticəsi olan məqalələri müxtəlif ölkələrin çox nüfuzlu (Web of Science” və “Scopus”bazalarına daxil olan) elmi jurnallarındaçap olunur. ABŞ və bir neçə Avropa və Şərq ölkələrində işgüzar səfərdə olmuşdur. Azərbaycanın elm və təhsil sahəsində qazandığı nailiyyətləri xarici ölkələrdə keçirilən elmi sipozium və konfranslarda layiqincə təmisil, təbliğ və təşviq edir. 2018-ci ildə Fransanın Paris şəhərində keçirilən kitab sərgisində “The Strategy of Education Development in Azerbaijan” monoqrafiyası və ali təhsil müəssisələrinin bakalavr səviyyəsi üçün yazdığı “Pedaqogika” adlı dərsliyi “Qızıl medal”la mükafatlandırılmışdır.
Ümumilikdə müxtəlif ali məktəblərdə iyirmi nəfərdən artıq fəlsəfə və elmlər doktoruna rəhbərlik edir. Hal-hazırda onun rəhbəri olduğu bir nəfər müdafiə edib diplom alıb, dörd nəfər fəlsəfə doktoru proqramı üzrə doktorant və iki nəfər elmlər doktoru proqramı üzrə doktorant və dissertant ilkin müzakirəni müvəffəqiyyətlə keçib dissertasiyalarını müdafiə üçün dissertasiya şurasına təqdim ediblər.
500-dən artıq çap olunmuş elmi əsər: on monoqrafiya, kitab, dərslik, dərs vəsaiti, metodik vəsait və proqramların müəllifidir. Ümumtəhsil, kollec və atmlər üçün dərslik və dərs vəsaitinin müəllifi və həmmüəlifidir.Əsərləri azərbaycan, türk, rus, gürcü və ingilis dillərində nəşr olunmuşdur.
Azərbaycan Respublikasının “Tərəqqi” və RF-nın “K.D. Uşinski” adına medallı, “Qabaqcıl təhsil işçisi”, Azərbaycan Respublikası “Təhsil Şurası” ictimai birliyinin idarə heyətinin üzvü, “Qızıl Qələm” media mükafatı laureatı, Rusiya Təhsil Akademiyasının xarici üzvü, RTA-nın əməkdar elm və təhsil xadimi, pedaqogika üzrə elmlər doktoru, professor Hümeyir Hüseyn oğlu Əhmədovun qüsursuz səmərəli elmi və pedaqoji fəaliyyətinin 45, rəhbərlik etdiyi Elmi-pedaqoji kadrların hazırlanması şöbsəinin 90 və anadan olmasının 65 illik yubileyi münasibəti ilə pedaqoji ictimaiyyət adından təbrik edir, can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik!