Humeyir Ahmadov

"Dövlətin təhsil təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir!!!"

Elmi-pedaqoji kadr hazırlığı şöbəsinin 2015-ci təqvim ilindəki uğurları

 Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2000-ci il tarixli sərəncamı yaradılan Təhsil Problemləri İnstitutunda (AR TPİ) keçmiş aspirantura şöbəsinin bazasında  yeni yaradılmış elmi-pedaqoji kadrların hazırlanması şöbəsi,  2014-cü ildə İnstitutda aparılan struktur dəyişikliyindən sonra şöbənin adı redaktə olunur və Elmi-pedaqoji kadr hazılığı şöbəsi kimi fəaliyyətini uğurla davam etdirir. Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun Elmi-pedaqoji kadr hazırlığı şöbəsi institutun struktur vahidi olub, onun nizamnaməsində formalaşmış ümumi və öz əsasnaməsinə uyğun vəzifələrin yerinə yetirilməsində mühüm rol oynayır. O öz işini «Təhsil haqqında» Azərbaycan Respublikası Qanununa (2009-cu il) əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 01 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarına, İnstitutun Nizamnaməsi,  şöbənin əsasnaməsi və illik fəaliyyət planına əsasən qurur. Daha ətraflı informasiya üçün <bura> tıklayın.

Scroll to Top