Humeyir Ahmadov

"Dövlətin təhsil təhlükəsizliyi onun milli təhlükəsizliyinin mühüm tərkib hissəsidir!!!"

Hər bir ölkənin düşünülmüş təhsil sistemi o ölkənin uğurlu gələcəyini müəyyən edir. Hazırda iqtisadi, siyasi, mədəni inteqrasiya və unifikasiya prosesi keçən dünyada universal dəyərləri olmayan təhsil sisteminin milli ideallarının gerçəkləşdirməsi qeyri-mümkündür. Eyni zamanda, sülhü, azadlığı, ictimai ədaləti və rifahı təmin etməyin başlıca vasitəsi olan təhsil sisteminin düzgün qurulması əsas şərtlərdən biridir. Ölkəmizdə ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura və dissertantura təhsili elmi və pedaqoji kadr hazırlığını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir və bu, ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılmış proqramlarla həyata keçirilir. Qloballaşma insanların təfəkkürünün varlığın yeni reallıqlarına uyğunlaşmasını irəli sürür, genişmiqyaslı informasiyanı təhlil edə bilərək operativ qərar qəbul edən, dövlətin bir çox vacib sahələrinin gələcəyini müəyyən edə bilən yeni nəsil kadrların hazırlanmasını diktə edir. Bu şəraitdə ali təhsil sistemi xüsusi funksiya yerinə yetirir, çünki təhsil siyasəti elə şəkildə yenidən qurulmalı olur ki, informasiya-texnoloji, texniki, mədəni sahələrdə innovasion proseslərin artan sürəti şəraitində düzgün istiqamət götürmək qabiliyyətinə malik olan mütəxəssislər hazırlana bilsin.Daha ətraflı bura tıklayın !!!

Scroll to Top